Görmə hadisəsinin necə baş verdiyini izah edərkən daima xaricdən gələn işığın gözümüzdəki hüceyrələri hərəkətə gətirdiyini və bu hərəkətlənmənin görüntünün əmələ gəlməsinə səbəb olduğunu bildirdik. Ancaq burada vurğulanmalı çox vacib bir cəhət də var. Əslində, beynimizin xaricində bizə məlum olan işıq yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə bizim beynimizdə əmələ gəlir. Xarici dünyada, yəni beynimizin xaricində işıq kimi bildiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar zərrəcik halında olan enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar tor qişanı oyandırdıqda bizə məlum olan işıq əmələ gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:
İşıq sözü fiziki və ya obyektiv mənada elektromaqnit dalğalarla və ya fotonlarla bağlı istifadə edilmişdir. Eyni söz psixoloji mənada elektromaqnit dalğalar və fotonlar gözün tor qişasına təsir etdikdə insanda əmələ gələn hisslə bağlı olaraq da istifadə edilir. İşıq sözünün həm obyektiv, həm də subyektiv anlayışlarını birlikdə ifadə edək: işıq bir insan gözünə tor qişasının oyandırılması nəticəsində əmələ gələn görmə təsiri ilə varlığını göstərən enerji formasıdır.4
Beləliklə, işıq gözümüzə gələn bəzi elektromaqnit dalğaların və ya hissəciklərin bizdə əmələ gətirdiyi təsir ilə meydana gəlir. Yəni xaricdə beynimizdəki görüntünü əmələ gətirəcək işıq da yoxdur. Sadəcə enerji var və bu enerji gözümüzə çatdıqda biz rəngarəng, parlaq, aydın dünya görürük.