logo

Bütün qoxular beyinin içində meydana gəlir

Bir insandan qoxuları necə hiss etdiyini soruşsaq, çox güman ki: “Burnumla”, - deyəcək. Əslində isə, bəzi insanların qəti həqiqət kimi gördüyü bu cavab doğru deyil. Yale Universitetindən nevrologiya professoru Qordon Şeferd: “Burnumuzla qoxuladığımızı düşünürük, ancaq bu sanki “qulaq mərcəyi ilə eşidirik” demək kimi bir şeydir”, - sözləri ilə bunun doğru olmadığını açıqlayır.9

Qoxu hissimizin funksiyası digər duyğu orqanlarımızın funksiyasına bənzəyir. Əslində, burnumuzun xaricdən görünən hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını içəri qəbul etməkdir. Vanil və ya gül qoxusu kim uçucu molekullar burunun epitel adlanan hissəsindəki titrək tüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə keçir. Qoxu molekullarının epitel bölgəsindəki əlaqəsi beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları isə beynimizdə qoxu kimi şərh edilir.

Beləliklə, bizim xoş və ya pis adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsir nəticəsində elektrik siqnalına çevrildikdən sonra beyindəki şərh formasından başqa bir şey deyil. Ətri, çiçəyi, xoşladığınız yeməyin və ya dənizin qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Əslində, qoxu molekulları beyinə heç vaxt çatmır. Səs və görüntüdə olduğu kimi, qoxu hissində də beyninizə çatan yalnız elektrik siqnallarıdır.

Bu halda, qoxunun istiqaməti də yoxdur, çünki bütün qoxular beyninizdəki qoxu alma mərkəzində dərk olunur. Məsələn, piroqun qoxusu sobadan, yeməyin qoxusu mətbəxdən, doqquzdon bitkisinin qoxusu bağdan, dənizin qoxusu metrlərlə uzaqlıqdakı dənizdən gəlmir. Hamısı tək nöqtədə, beyninizdəki lazımi yerdə dərk olunur. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Bunların hər biri ilk baxışda müxtəlif təsirlərlə və müxtəlif tərəflərdən gəlirmiş kimi görünsə də, əslində, hamısı beyində əmələ gəlir. Qoxu alma mərkəzində əmələ gələn təsirləri xarici aləmdəki maddələrin qoxusu hesab edirsiniz. Əslində isə, gülün görüntüsü necə görmə mərkəzinin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu alma mərkəzinin içindədir. Xarici aləmdə həqiqi qoxu varsa da, sizin bunun əsli ilə təmasda olmağınız əsla mümkün deyil.

Corc Berkeley bu vacib həqiqəti anlayan mütəfəkkir kimi: “Əvvəl rənglərin, qoxuların və s. həqiqətdə mövcud olduğu hesab edilirdi; ancaq daha sonra bu cür baxışlar rədd edildi və aydın oldu ki, bunlar ancaq duyğularımız sayəsində var”, - deyir.

Qoxunun hiss olduğunu anlamaq üçün yuxuları düşünmək də faydalı ola bilər. İnsanlar yuxularında bütün görüntüləri çox həqiqi şəkildə necə görə bilirsə, eyni şəkildə, yuxularında bütün qoxuları da həqiqətdə olduğu kimi duyurlar. Məsələn, yuxuda restorana gedən hər hansı bir şəxs yeməyini menyuda olan yeməklərin qoxuları arasında yeyir, dəniz kənarına gəzintiyə çıxan biri dənizin özünəməxsus qoxusunu duyur, çobanyastığı bağçasına girən biri o mükəmməl qoxulardan həzz alır və yaxud başqa biri ətriyyat mağazasına girərək özünə ətir seçir və hətta bu ətirlərin qoxusunu tək-tək ayırd edə bilir. Hər şey o qədər həqiqi olur ki, həmin şəxs yuxudan oyandıqda bu vəziyyətə təəccüb edir.

Bu mövzunu anlamaq üçün, əslində, yuxuları düşünməyə də lüzum yoxdur. Sadaladığımız təsvirləri hal-hazırda xəyal edib düşünməyiniz də kifayətdir. Məsələn, indi hər hansı bir çobanyastığı qoxusunu düşünün. Əlinizdə çobanyastığı olmadığına baxmayaraq, əgər fikirlərinizi cəmləsəniz, çobanyastığı qoxusunu hiss edə bilərsiniz. Qoxu o anda beyninizdə əmələ gələcəkdir. Necə hal-hazırda ananızı gözünüzün önünə gətirmək istədikdə ananızın yanınızda olmadığına baxmayaraq onu zehninizdə görə bilirsinizsə, buna bənzər şəkildə çobanyastığının qoxusunu da zehninizdə duya bilirsiniz.

Vaşinqton Universitetindən psixoloq Maykl Posner və nevroloq Markus Reyçl xarici aləmdən hər hansı bir siqnal gəlmədiyi halda görüntü və ya başqa bir hissin necə əmələ gəldiyi haqqında belə izahlar verirlər:

Gözlərinizi açın, bir mənzərə sizin qarşınızda canlanacaq. Gözlərinizi yumun və o mənzərəni düşünün. Bu şəkildə, o mənzərənin görüntüsünü xəyal edə bilərsiniz, qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərədən canlılığı, aydınlığı və tamlığı ilə fərqlənmir. Lakin hələ mənzərənin əsas xüsusiyyətlərinə malik tərzdədir. Hər iki vəziyyətdə də mənzərənin görüntüsü zehində əmələ gəlir. Əyani şəkildə görərək əmələ gələn görüntü xəyal edilən görüntüdən fərqləndirilməsi baxımından “hiss” adlandırılır. Hiss tor qişaya təsir edən və daha sonra beyində müəyyən prosesdən keçiriləcək siqnalları göndərən işığın məhsulu kimi ortaya çıxır. Lakin bu siqnalları göndərmək üçün heç bir işıq tor qişaya təsir etmədikdə bir görüntünü necə əmələ gətiririk?10

Göründüyü kimi, görüntünün zehnimizdə əmələ gəlməsi üçün xarici aləmdə hər hansı bir mənbənin olmasına ehtiyac yoxdur. Eyni vəziyyət qoxu hissinə də aiddir. Necə ki, yuxuda və ya xəyalınızda olmayan bir qoxunu duya bilirsinizsə, gerçək həyatda da qoxusunu duyduğunuz cisimlərin xarici aləmdə necə olduğunu bilmirsiniz. Əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz.