Cənnətdəki qul əgər istəsə, Allah ona dünya həyatından hadisələri eynilə göstərə bilər (doğrusunu Allah bilir). Məsələn, cənnətdəki insan Allah`dan ölmüş itinin canlı halını, yanmış evinin yanmadan əvvəlki halını, Titanik gəmisinin batmadan əvvəlki halını görmək istədikdə Allah ona bunların hamısını göstərəcəkdir. Həm də o ankı ən canlı hallarını. Məsələn, Titanik dənizdə səyahət edərkən, o anda ətrafda olan bütün balıqlar yenə eyni yerlərində olacaq, içində olan insanlar yenə eyni mövzuları, eyni kəlmələrlə danışacaqlar. Keçmişdə yaşamış böyük sivilizasiyalar ən ehtişamlı dövrləri ilə, quruluş və zənginlikləri ilə birlikdə görünəcəkdir. İnk mədəniyyətini görmək istəyən insan bu mədəniyyətin hər dövrünü istədiyi an görə biləcəkdir. Allah`ın hafizəsində hər hadisə sonsuzluğa qədər eyni canlılıqla yaşanmaqda davam etdiyi üçün insan istədiyi hər şeyi eyni ilə hazır tapacaqdır.
Allah bir ayəsində: “...Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. (Fussilət surəsi, 31)” -deyərək cənnətdə insanın istədiyi hər şeyə sahib olacağını bildirir. İnsanlara kədər verməyən, onları sevindirən dünyaya aid hər görüntü və hadisəni Allah cənnətdəki qullarına istədikləri anda göstərəcəkdir. Bu, Rəbbimizin cənnətə layiq qulları üçün hazırladığı böyük nemətdir.