logo

Maddənin həqiqəti mövzusuna gələn etirazlara cavablar

Maddənin həqiqəti mövzusu son dərəcə açıq, aydın və başa düşülən olduğuna baxmayaraq, daha əvvəlki mövzularda da toxunulduğu kimi, bəzi insanlar bir çox səbəbdən bu həqiqəti qəbul etməkdən qaçırlar və özlərini bilməməzliyə vururlar.

Bu həqiqəti öyrənən bir çox insan maddənin ardındakı sirri öyrəndiklərinə görə, yaşadıqları qeyri-adi həyəcanı dilə gətirmiş, bu həqiqətin həyatlarını və bütün düşüncələrini kökündən dəyişdirdiyini bildirmişlər. Bir çox insan isə bu həqiqəti daha yaxşı qavraya bilmək üçün daha ətraflı suallar verərək mövzunu daha dərindən anlamağa çalışmışlar. Bu şəxslərdən bəzilərinin şərhlərini “maddənin sirrini öyrənənlər böyük bir həyəcan yaşayırlar” bölməsində görə bilərsiniz.

Bəzi kütlələr isə bu mövzunu kor-koranə rədd edir və öz ağılları ilə bəzi məntiqlər irəli sürərək bu qeyri-adi həqiqəti inkar etməyin yollarını axtarırlar. Əslində isə, bu mövzunun rəddi elmi cəhətdən mümkün deyil. Bu mövzunu rədd edən insan görüntünün və ya səslərin beyninin içində əmələ gəlmədiyini elmi cəhətdən sübut etməlidir. Amma gələn etirazların heç birində heç bir elm adamı, nevrologiya professoru, beyin mütəxəssisi, psixoloq, psixiatr və ya biologiya professoru – heç kim bütün hisslərimizin beynimizdə əmələ gəldiyini inkar etmir. Çünki bu elmi cəhətdən qəti olduğu bilinən həqiqətdir.

Buna baxmayaraq, bəziləri “Görüntü beynimizdə əmələ gəldiyinə görə...” -deyə başlayan bir cümlənin ardınca açıq-aşkar bir həqiqətdən qaçmaq üçün bəzi söz oyunları oynayır, bu həqiqətin üstünü söz oyunları və ya təmtəraqlı elmi üslubla örtməyə çalışırlar. Bunun ən açıq nümunələrindən biri “Görüntü beyində əmələ gəlir?” -deyə sual verilən bəzi elm adamlarının verdikləri cavablardır.

Bu elm adamlarından biri sözügedən suala belə cavab verirlər: “Xeyr, beyində görüntü əmələ gəlmir. Gələn siqnallar əyani təcrübənin əsasını təşkil edən görüntü əmələ gətirirlər”.

İndi bu elm adamının həqiqətləri görməzlikdən gəlmək üçün istifadə etdiyi metodu nəzərdən keçirək. Bu elm adamı “Görüntü beyində əmələ gəlir?” sualına əvvəlcə qəti şəkildə: “Yox”, -deyir. Ardınca da gələn siqnallarla görüntünün görməyimizi təmin edən təsviri görüntünü əmələ gətirdiyini bildirir. Nəticədə, verilən suala əslində: “Bəli”, -deyir. Beyində əmələ gələn görüntü, əlbəttə, təsviri görüntüdür. Yəni beyinin içində heç vaxt masanın, günəşin və ya göy üzünün özü olmaz. Təsviri və ya başqa sözlə, görüntüsü olur. Biz də: “Dünyanı görürük”, -deyərkən təsviri dünyanı, dünyanın surətini və ya xəyali dünyanı görürük. Bunların hamısı eyni həqiqətin fərqli formalarda ifadəsidir. Bu elm adamının etdiyi şey “Beynimizdə gördüyümüz dünya təsviri dünyadır?” sualına “Əsla yox, beynimizdə gördüyümüz dünyanın surətidir” kimi cavab verməsidir. Yəni verilən sualı əvvəlcə qətiyyətlə inkar edib sonra ardınca da fərqli izahla, bir az daha qarışıq cümlələrlə beynimizdə gördüyümüzü təsdiq edir. Bu, bəzi elm adamlarının bu həqiqəti qəbul etdikdə tək mütləq varlıq kimi qəbul etdikləri maddəni itirməyin gətirdiyi qorxu və həyəcan ilə üzləşdikləri səmimiyyətsiz metoddur.

Bəziləri isə görüntünün beynimizdə əmələ gəldiyini inkar etmir, amma yenə: “Bəli, bütün dünyanı beynimin içində görürəm”, -deməkdən qaçmaq üçün: “Beyin sadəcə gələn siqnalları şərh edir və sinir fəaliyyətlərini nizamlayır, beləliklə, görüntünü görür, səsi eşidirsiniz”, -deyərək dolayı yolla cavab verirlər. Onsuz da əsas məsələ beyin bütün prosesləri etdikdən sonra görüntünün harada əmələ gəlməsidir. Bu elm adamının verdiyi cavab sualın cavabı deyil, görüntü əmələ gəlməzdən əvvəlki mərhələnin qısa izahıdır. Beyin gələn siqnalları şərh edir, ancaq sonra bu şərh etdiklərini yenidən gözə və ya qulağa geri göndərmir. Ona görə də görən göz, eşidən də qulaq deyil. Elə isə, beyin gələn siqnalları şərh etdikdən sonra nə edir? Bu şərh edilən məlumat harada qalır, bu məlumat görüntüyə və ya səsə harada çevrilir? Bu məlumatı görüntü kimi görən, səs kimi eşidən kimdir? Bu elm adamlarından istənilən cavablar bunlar ikən, onlar bir çox dolayı cavabla həqiqəti etiraf etməkdən qaçırlar. Əslində, bu qədər açıq həqiqətlə bağlı mübahisə edilməsi böyük möcüzədir.

Ancaq bu etiraz və ya mövzudan qaçma üsullarının hamısı əsassız və zəifdir. Burada izah edilənləri inkar edən şəxsin bütün hisslərimizin beynimizdə əmələ gəlməsi həqiqətini inkar edən bilgilərlə gəlmədikcə deyəcəklərinin dəyəri olmayacaq. Ancaq insan çox açıq həqiqəti qavradığı halda, bu görüntüləri əmələ gətirənin – öz fikrinə görə və cahil inadkarlıqla – Allah olduğunu inkar edə bilər; “Bu mövzu haqqında düşünmək əhvalımı pozur”, -deyə bilər; “Maddənin əslini heç vaxt görə bilmədiyimi düşündükcə ürəyim sıxılır”, “Həyatımın heç bir mənası qalmadı”, -deyə bilər. Amma bunu dərhal bildirmək lazımdır ki, maddə mövzusundakı bu mühüm həqiqəti öyrənmək əsla əhvalı pozmur. Əksinə olaraq, Allah`ın üstünlüyü və gücünü daha dərindən təqdir etməyə, Allah`ın üstün yaratma sənətini daha yaxşı qavramağa, Allah`ı daha çox sevməyə, beləliklə, gördüyü bütün görüntülərin də Allah`ın təzahürləri olması şüuru ilə daha çox sevməyə, hamısından daha çox şövq almağa, imanda dərinləşməyə səbəbdir. Qısaca desək, çox böyük nemətdir. Buna baxmayaraq, heçlik halına gəlib Allah`dan başqa heç bir varlığın qalmaması imanın dərinliyini qavramamış bəzi insanlara ağır gələ bilər. Ancaq bu insanlar əsla: “Gördüklərimi gözlərimlə görürəm”, - və ya: “Gördüklərim xarici aləmdəki maddənin əslidir”, -deyə bilməzlər. Çünki bunları sübut edəcək heç bir elmi dəlilə və ya müşahidəyə malik deyillər, ola da bilməzlər. Onsuz da ən qatı materialist belə bütün görüntünü beynində gördüyünü qəbul edir.

Bu bölmədə, əsasən, bu həqiqəti qəbul etmək istəməyən şəxslərdən gələn etirazlara verilən cavablara yer veriləcək. Aşağıdakı etirazları və cavablarını oxuduqda, səmimi və obyektiv düşündükdə bu sualların cavablarının çox açıq olduğunu siz də görəcəksiniz.

Etiraz:

Yolda avtobus gördükdə əzilməmək üçün qaçırsınız. Deməli, avtobus var. Əgər beyninizdə görürsünüzsə, niyə qaçırsınız?

Cavab:

Bu və buna bənzər sualları verənlərin yanıldıqları və anlaya bilmədikləri cəhət hiss məfhumunun sadəcə görmə hissi ilə bağlı olduğunu hesab edirlər. Əslində isə, təkcə görmə deyil, toxunma, vurma, zərbə, sərtlik, ağrı, isti, soyuq, nəm kimi bütün hisslər eynilə görmə kimi insanın beynində əmələ gələn hisslərdir. Məsələn, avtobusa minmək üçün avtobusun soyuq metalını əlində hiss edən insan, əslində, bu soyuq metal hissini beynində hiss edir. Bu, çox açıq və məlum həqiqətdir. Toxunma hissi, daha əvvəl də bildirildiyi kimi, bir insanın barmaqlarından gələn sinir oyanmalarının beyinin müəyyən nöqtəsində əmələ gətirdiyi hissdir. Hiss edən barmaqlarımız deyil. İnsanlar bunu elmi cəhətdən də açıqlandığı üçün qəbul edirlər. Ancaq məsələ avtobusun qapısını tutmaq deyil, avtobus insanı vurduqda, yəni bu toxunma hissi daha şiddətli və ağrılı olduqda, bu həqiqətin əsassız olduğunu hesab edirlər. Əslində isə, ağrı və ya zərbə də beyində hiss edilir. Avtobusun vurduğu insan zərbənin şiddətini və bütün ağrını beynində hiss edir.

Bunu daha yaxşı anlamaq üçün yuxuları düşünmək faydalı olar. İnsan yuxuda da onu avtobus vurduğunu, qəzadan sonra gözünü xəstəxanada açdığını, əməliyyat edildiyini, həkimlərin danışıqlarını, ailəsinin narahatlıq içində xəstəxanaya gəldiyini, şikəst olduğunu görə bilər. Yuxuda yaşadığı bütün bu hadisələrin görüntülərini, səslərini, bərklik hissini, ağrını, işığı, xəstəxanadakı rəngləri, hər cür hissi çox parlaq və aydın hiss edir. Bunların hamısı gerçək həyatdakı kimi təbii və inandırıcı olur. O an yuxuda birisi ona yuxu gördüyünü, gördüklərinin xəyal olduğunu deyərsə, ona inanmaz. Əslində isə, gördüklərinin hamısı xəyaldır və avtobus, xəstəxana və ya yuxuda gördüyü bədəninin xarici aləmdə maddi qarşılığı yoxdur. Yuxuda gördüyü bədəninin və avtobusun maddi qarşılıqlarının olduğuna baxmayaraq, həqiqi bədəni həqiqi avtobus vurmuş kimi hiss edir.

Elə isə materialistlərin “maddənin varlığını şillə yesən, anlayarsan”, “dizinə təpik dəysə, maddənin varlığına şübhən qalmaz”, “it görəndə qaçırsan”, “avtobus vursa, beynində olub-olmadığını anlayarsan”, “əgər hissdirsə, onda şosseyə çıxıb avtomobillərdən qaçmadan ortada dur” kimi etirazların heç bir mənası və əsası yoxdur. Sürətli zərbə, itin ağrı verən dişləri və ya möhkəm şillə maddənin əsli ilə təmasda olduğumuzun dəlili deyil. Çünki bildirildiyi kimi, bunları eynilə yuxuda da maddi qarşılığı olmadığı halda yaşaya bilirsiniz. Bundan əlavə, hissin şiddətli olması o hissin beyində əmələ gəlməsi həqiqətini də dəyişdirmir. Bu, elmi sübutu olan açıq həqiqətdir.

Bəzi insanların şossedə sürətlə keçən avtobusu və ya avtobusun səbəb olduğu qəzanı maddənin fiziki varlığı ilə təmasda olduqlarının təsirli dəlili zənn etmələrinin səbəbi görüntünün insanı aldadacaq qədər həqiqi görünməsi və hiss edilməsidir. Məkan görüntülərindəki, məsələn, şossedəki dərinlik və perspektivin qüsursuzluğu, məkanda görünən cisimlərin rəng, forma, kölgə mükəmməlliyi, səs, qoxu və sərtlik hisslərinin çox aydın olması və görüntünün içində məntiq tamlığının olması bəzilərini yanıldır. Bəzi insanlar bu hadisələr nəticəsində bunların hiss olduğunu unudurlar. Amma zehində meydana gələn hisslər nə qədər tam və mükəmməl olsa da, bunların hər birinin hiss olması həqiqəti dəyişməyəcək. İnsan şossedə yeriyərkən qəza baş versə də, zəlzələdə uçan evin altında qalsa da, yanğında alovlar ətrafını bürüsə də, pilləkəndən yıxılsa da, bütün bu hadisələri zehnində yaşayar və əsla əsilləri ilə təmasda ola bilməz.

Bir insan şossedəki avtobusun qarşısına özünü atdıqda zehnindəki avtobus zehnindəki bədənini vurur. O insanın bu qəza nəticəsində həyatını itirməsi, bədəninin parçalanması bu həqiqəti dəyişdirmir. Əgər insanın zehnində gördüyü bu hadisə ölüm ilə nəticələnirsə, Allah o insana göstərdiyi görüntünü pərdənin qaldırılması kimi qaldırır və o şəxsə başqa bir görüntü, axirətə aid görüntülər göstərir. Bu həqiqəti indi səmimiyyətlə düşünüb anlamayanlar öldükdə dərhal anlayacaqlar.

Etiraz:

Bütün cisimləri beynimdə gördüyüm doğrudur, ancaq bunların hamısının xəyali görüntü olmasına inana bilmirəm.

Cavab:

Bütün dünyanı beynimizdə hiss etməyimiz elmin qəti şəkildə sübut etdiyi və savadlı insanların heç birinin əksini iddia etmədiyi həqiqətdir. Ancaq insanların dərk edə bilmədikləri əsas məsələ budur: “Biz bütün cisimləri zehnimizdə hiss ediriksə, zehnimizdən kənarda mövcud olan cisimlərin əsllərini heç bilməyəcəyik?” Bu şübhə doğrudur, biz heç vaxt zehnimizdə hiss etdiklərimizdən kənarda maddənin əslinin olub-olmadığından əmin ola bilmərik. Çünki biz beynimizdən kənara çıxıb xarici aləmdə nə olduğunu görə bilmərik. Beyindəki görüntülərin xarici dünyada qarşılığının necə olduğunu bilməyimiz elə buna görə mümkün deyil. Çünki nə bu iddianı irəli sürən şəxs, nə nevroloq, nə beyin cərrahı, nə filosof, nə də hər hansı başqa bir insan bu günə qədər beynindən kənara çıxmamışdır ki, beynindən kənardakı maddənin necə olduğunu bilsin.

İnsanın həyatına dair bildiyi hər şey beyninə gələn elektrik siqnallarının beyni tərəfindən qavranma formasından qaynaqlanır. Yəni insan daima öz beyninin içində əmələ gələn dünyasında yaşayır. Göyə baxdıqda gördüyümüz quşlar, küçənin o biri tərəfində gözdən itməkdə olan avtomobil, otağımızdakı əşyalar, əlimizdəki bu kitab, dostlarımız, qohumlarımız, bunların hamısı beynimizdəki xəyali görüntülərdir. Heç kim beyninin içində əmələ gələn bu həyatdan kənara çıxa bilməz. Bu, nə elmlə, nə də texnologiya ilə əldə edilməsi mümkün olan vəziyyətdir. Çünki elm adamı nə icad etsə də, yenə onu beyninin içindəki görüntünün içində icad edəcəkdir. Ona görə, xarici aləmi görmək üçün icad etdiyi şey də beyninin içindəki görüntünün içində qalacaqdır. Heç bir insanın maddənin əslinin nəyə bənzədiyini bilməsi mümkün deyil; çünki heç bir insan maddənin əsli ilə heç vaxt təmasda olmamışdır. İlk insandan bəri yer üzündə səsin əslini eşidən, mənzərənin əslini görən və ya gülün əslini qoxulayan tək bir insan belə yaşamamışdır.

Etiraz:

Bıçağı əlimə sürtdükdə, əlimdə hiss etdiyim ağrı, əlimdən axan qan görüntü deyil. Həm də bunu yanımdakı dostum da gördü.

Cavab:

Əslində, bu mövzunu bundan əvvəlki etirazların cavablarında ətraflı izah etmişdik. Ancaq mövzunu əhəmiyyəti baxımından bir daha vurğulamaqda fayda var.

Bu etirazı edənlər görüntüdən başqa səs, qoxu, toxunma kimi digər hisslərin də beyində əmələ gəldiyini görməzlikdən gəlib xəta edirlər. Buna görə: “Bıçağı beynimdə görə bilərəm, amma baxın, bıçağın itiliyi həqiqidir, çünki əlimi kəsdi”, -deyirlər. Əslində isə, bu şəxsin əlindəki ağrı, axan qanın verdiyi istilik və nəmlik hissi və bütün digər hisslər də beynində əmələ gəlir. Yanındakı dostunun bu hadisəyə şahid olması bu həqiqəti dəyişdirmir, çünki dostu da, bıçaqla eyni yerdə, yəni beynindəki görmə mərkəzində əmələ gəlir. Bu şəxs eyni hissləri-bıçaqla əlini kəsdiyini, əlindəki ağrını, qanın görüntüsünü və istiliyini eynilə yuxuda da yaşaya bilər. Əlini kəsdiyini görən dostunu da yuxuda görür. Amma dostunun varlığı bu gördüklərinin yuxu olmadığının dəlili deyil.

Hətta yuxuda əlini kəsdikdə biri gəlib: “Bu gördüklərin hissdir, bu bıçaq həqiqi deyil, əlindən axan qan, hiss etdiyin ağrı da həqiqi deyil, bunların hamısı hal-hazırda zehnində gördüyün hadisələrdir”, -deyərsə, həmin şəxs buna inanmaz və yenə etiraz edər. Hətta bəlkə: “Mən materialistəm. Belə iddialara inanmıram. Hal-hazırda gördüklərimin hamısını hiss edirəm, bax, qanı görmürsən?” -deyər.

Elə: “Maddənin əsli ilə təmasda oluram”, -deyə israr edənlər yuxarıdakı misalda görünən şəxs kimidirlər. İçində yaşadıqları hisslər dünyasında: “Bütün bunlar hissdir və bu hisslərin əsli ilə əsla təmasda ola bilməzsən”, -deyilir, ancaq onlar bu həqiqətə inadla qarşı çıxırlar.

Ancaq bunu da unutmaq olmaz ki, insanın əli kəsildikdə: “Necə olsa, bu bir görüntüdür”, -deyərək tədbir görmədən dayanmaz. Çünki Allah bu görüntülər içində insanları bəzi səbəblərə bağlı şəkildə yaratmışdır. Məsələn, əli kəsilən insan bunun üçün lazımi dərmanlardan istifadə edir, əlini sarıyır və həkimə gedir. Ancaq bu proseslərin hamısının beynində əmələ gələn görüntüləri ilə təmasda olur. Sarğı bezi də, istifadə etdiyi dərmanlar da beynində əmələ gələn görüntülərdir.

Etiraz:

Maddənin zehnimizdə gördüyümüz xəyalı ilə təmasda olduğumuzu söyləmək İslam dininə uyğundur?

Cavab:

Bəzi müsəlmanlar maddənin beynimizdəki xəyalı ilə təmasda olduğumuz həqiqətinin İslam dininə uyğun olmadığını irəli sürür və keçmişdə din alimlərinin bu həqiqəti qəbul etmədiklərini iddia edirlər. Ancaq bu, doğru deyil. Əksinə, burada izah edilənlər Quran ayələrinə tamamilə uyğundur; hətta bir çox ayənin cənnət və cəhənnəmin, sonsuzluq, zamansızlıq, ölümdən sonra dirilmə, axirət kimi Quranda bildirilən mövzuların qəti şəkildə başa düşülməsi baxımından da son dərəcə vacibdir.

Əlbəttə, bu mövzunu bilməsə də, insan həqiqi imanı ilə yaşaya bilər. Allah`ın Quranda bildirdiyi hər şeyə könüldən və heç bir şübhə etmədən iman gətirə bilər. Amma bunu bildirmək lazımdır ki, bu mövzu insanın imanda və Allah`a yaxınlıqda dərinləşməsini təmin edir və keçmişdə bir çox böyük İslam alimi də bu həqiqəti bu yöndə açıqlamışlar. Ancaq yaşadıqları dövrdə elmin bu mövzunu hələ aşkar etməməsi və mövzunu səhv anlamağa meyilli insanların varlığı onların bu izahlarının geniş kütlələrə yayılmasına mane olmuşdur.

Maddənin əsl mahiyyətini açıqlayan İslam alimlərindən biri və ən böyüyü hicri 10-cu əsrin mücəddidi sayılan və əsrlərdir bütün İslam dünyasının böyük hörmətini qazanmış İmam Rəbbanidir. İmam Rəbbaninin “Məktubat” adlı əsərində bu mövzu ilə bağlı hərtərəfli izahlar yer alır. İmam Rəbbani Allah`ın kainatı hiss və xəyal mərtəbəsində, yəni hiss dərəcəsində yaratdığını bir məktubunda belə açıqlayır:

Yuxarıda belə bir cümlə işlətdim: “Sübhan Haqqın xəlqi (Allah`ın yaratması) hiss və xəyal mərtəbəsindədir”. Bunun mənası belədir: Allahu-Təala əşyanı elə bir mərtəbədə yaratmışdır ki, o mərtəbədə əşya üçün hiss və xəyaldan başqa bir yerdə sübut (sabitlik) və hüsul (varlıq) yoxdur.45

Diqqət edilirsə, İmam Rəbbani bizim gördüyümüz aləmin, yəni bütün varlıqların hiss və xəyal mərtəbəsində, yəni hiss səviyyəsində yaradıldığını xüsusi şəkildə vurğulayır. Bu xəyal mərtəbəsindəki aləmdən kənarda (xaricdə) isə sadəcə Allah`ın Zatı var. İmam Rəbbani tək mütləq varlığın Allah olduğunu belə izah edir:

Xaricdə uca Haqdan başqası mövcud deyil... Bəlkə də şanı böyük Allah`ın yaratması ilə xəyal mərtəbəsində sübut (sabitlik) tapmışdır... Əgər onun üçün görüntü sabit olarsa, o, xəyal mərtəbəsindədir. Əgər onun sübutu (sabitliyi) varsa, o da uca Allah`ın xəyal mərtəbəsindəki sənəti ilədir. Xülasə, onun sabitliyi və görüntüsü tək mərtəbədədir. Sübutu bir yerdə, görüntüsü başqa bir yerdə deyil...46

Beləliklə, İmam Rəbbaninin də izahlarından açıq şəkildə anladığımız kimi, maddə mütləq varlıq deyil və biz onun haqqında çox məhdud məlumata malikik. Biz sadəcə zehnimizdə bizə göstərilən görüntünü görürük. Bu görüntünü bütün detalları ilə yaradan və bizə tamaşa etdirən isə aləmlərin Rəbbi olan Allah`dır.

Yeganə mütləq varlığın Allah olduğunu, Allah`ın bütün kainatı xəyal mərtəbəsində yaratdığını açıqlamış digər böyük İslam alimi Muhyiddin Ərəbidir. Elmdəki dərinliyinə görə “Şeyxi-əkbər” (ən böyük şeyx) kimi tanınan Muhyiddin Ərəbi “fusüsül-hikəm” (Hikmətlərin mahiyyəti) adlı kitabında kainatın Allah`ın təzahürlərindən ibarət kölgə varlıq olduğunu belə açıqlamışdır:

Biz deyirik ki, bilməlisən ki, Haqdan başqa varlıqlar, yaxud aləm adı ilə tanınan şey Haqqa nisbətən bir şəxsin kölgəsi kimidir. Belə olduqda masiva, yəni Allah`dan başqa olan varlıqlar Allah`ın kölgəsidir... Kölgə, şübhəsiz, hissdə mövcuddur.47

Muhyiddin Ərəbinin bu sözlərində bildirdiyi kimi, insan Allah`ın Özündən üfürdüyü ruhu daşıyan, Allah`ın təzahürü olan varlıqdır. Tək mütləq varlıq Allah`dır. İnsan isə xəyaldır. Bu çox mühüm həqiqətdir və əksini düşündükdə insan böyük xətanın içinə düşür.

İmam Rəbbani ilə bərabər Mövlana Cami də Quranın işarətləri ilə və ağıl yolu ilə tapdığı bu heyrətamiz həqiqəti: “Kainatda nə varsa, hamısı hiss və xəyaldır. Ya güzgülərdəki əkslərdir, ya da kölgələr kimidir”, -deyərək dilə gətirmişdir.

Göründüyü kimi, böyük İslam alimləri bu həqiqəti açıq şəkildə izah etmişlər və ona görə, bu mövzunun Qurana və sünnəyə qarşı olduğunu iddia etmək və ya İslam alimlərinin qəbul etmədiyini irəli sürmək inandırıcı deyil. Bundan əlavə, bunu da unutmaq olmaz ki, bütün görüntüləri beynimizdə görməyimiz heç kimin inkar edə bilmədiyi, qəti şəkildə sübut edilmiş həqiqətdir. Keçmişdə bu həqiqət elmi cəhətdən məlum olmadığı üçün bəzi İslam alimlərinin bu həqiqəti ortaya çıxarmadıqları təbiidir. Bundan başqa, maddənin əsli ilə təmasda ola bilmədiyimiz həqiqətini bəzi kütlələr təhrif edilmiş inancla açıqlamış və dinin hökmlərini və qaydalarını bu şəkildə aradan qaldırmağa çalışmışlar. Belə təhrifedici və səmimiyyətsiz cərəyanlara görə, bəzi İslam alimləri müsəlmanları bu cür təhlükələrə qarşı xəbərdar etmişlər. Ancaq bunlar bu həqiqətin təhrifedici şərhləridir. Burada izah edilənlərlə qarışdırmaq olmaz.

Doğrusu, başdan bəri vurğuladığımız kimi, maddəni Allah yaratmış və biz onun əsli ilə təmasda ola bilmirik.

Etiraz:

Hər şeyin xəyalı ilə təmasda oluruqsa, Allah`ın bəzi sifətlərini necə açıqlaya biləcəyik?

Cavab:

Bəzi inananlar maddənin həqiqi mahiyyətinin qəbul edilməsi ilə Allah`ın bir çox isminin pərdələndiyini, maddənin xəyal olması ilə Allah`ın bəzi isimlərinin, təzahürlərinin açıqlana bilmədiyini zənn edirlər. Bu da yenə dərin düşünməməkdən və izah edilənləri tam qavraya bilməməkdən irəli gələn xətadır.

Hər şeydən əvvəl, Allah`ın isimlərini heç bir düşüncə, heç bir güc pərdələyə bilməz. Heç bir elmi həqiqət Allah`ın isimlərinin təzahür etməsinə mane ola bilməz. Onsuz da bu elmi həqiqətləri yaradan da Allah`dır. Allah Öz yaratdığı varlıqlardan və qanunlardan uzaqdır. Ona görə, yer üzündə mövcud olan heç bir güc və ya heç bir məlumat Allah`ın isimlərinin təzahürlərini aradan qaldırmaz. Belə bir şeyi düşünmək Allah`ın sonsuz qüdrətini təqdir etməməkdir.

Bundan başqa, maddənin zehnimizdə əmələ gələn surəti ilə təmasda olduğumuz həqiqəti bu şəxslərin fikirlərinin əksinə, Allah`ın isimlərinin hər an, hər yerdə dayanmadan təzahür etdiyini göstərən vacib dəlildir. Çünki eyni ilə film görüntüsü kimi, hiss və xəyal mərtəbəsində əmələ gələn görüntü öz-özünə meydana gələ bilmədiyinə görə və mütləq onu göstərən bir varlıq olmalı olduğuna görə, deməli, bunu var edən bir Yaradan vardır. Bu Yaradan üstün güc və qüdrət sahibi olan uca Allah`dır.

Görüntünün fasiləsiz, davamlı olması isə Yaradanımız Allah`ın hər an yaratmanı davam etdirməsinin açıq dəlilidir. Belə ki, göylərin və yerin, yəni kainatın sabit və dəyişməz olmadığını, sadəcə Allah`ın yaratması ilə mövcud olduqlarını və Allah yaratmanı dayandırdıqda yox olacaqları bir ayədə belə ifadə edilir:

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)

Allah “Nəml” surəsinin 64-cü ayəsində isə insanları davamlı yaratmaqda olan olduğunu xəbər vermişdir. “Məgər heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar? (Əraf surəsi, 191)” ayəsində isə yenə insanların hər an yaradılmaqda olduqlarına diqqət çəkilir.

Yəni gördüyümüz görüntülərin fasiləsiz, davamlı olmasının səbəbi bu görüntülərin sabit varlıqlarının olması deyil, Allah`ın onları hər an yaratmasıdır. Ona görə, insan hər anda hər gördüyü, hiss etdiyi varlıqda Allah`ın davamlı yaratmasının təzahürünü görür.

Beləliklə, bu həqiqət Allah`ın isimlərinin kainatdakı təzahürlərinin görünməsini daha da aydınlaşdırır. Məsələn, bir bağa girdikdə bağdakı meyvə, çiçək və ağacların zehnində ona göstərilən xəyalı ilə təmasda olduğunu bilən insan dərhal bu xəyalı ona göstərən, ona saysız-hesabsız neməti və gözəlliyi bəxş edən, Rəzzaq olan Allah`ı xatırlayar. Çox gözəl ev sahibi olan, ancaq bu evin, içindəki bütün əşyaların, qızıl və gümüşlərin həqiqi mahiyyətini bilən, yəni hamısının beynindəki görüntüsü ilə təmasda olduğunu anlayan insan bu mülk ilə azğınlaşıb lovğalanmaz. Eynilə hz. Süleyman kimi ona bu mülkün gözəlliyini göstərən, onu bununla zəngin edən Vəhhab (bəxşişi çox olan, qarşılıqsız bəxş edən) olan Allah`ı xatırlayar. Bir insana Allah`ın varlığını, birliyini, Allah`ın tək mütləq varlıq olduğunu, cənnətin və cəhənnəmin varlığını anladan insan qarşısındakı iman gətirdikdə Allah`ın Hadi (hidayət verən, lütf edən, doğru yol göstərən) isminin təzahürünü görər.

Bu həqiqəti yenidən xatırlatmaq lazımdır ki, hər insanın beynində əmələ gələn görüntülərə tamaşa etməsi, bu görüntülərin səslərini beynində eşitməsi, beynindəki görüntülərə toxunması elmi həqiqətdir və biz sahib olduğumuz hisslərimizlə beynimizdən kənarda nə olduğunu əsla bilmirik. Elə isə bizə bu görüntüləri göstərən, bu səsləri dinlədən və görüntünü daima səbəb-nəticə əlaqəsi içində yaradan gücün varlığından əmin oluruq. Bu güc Allah`dır və Allah bizim üçün bu görüntüləri yaratmadıqda bizim üçün dünya həyatı həyat olmaz. Elə isə bizim hər anımızda Allah`ın yaratması və Allah`ın isimlərinin təzahürləri fasiləsiz davam edir. Məsələn, bu kitabı oxuyan şəxs üçün Allah fasiləsiz şəkildə bu kitabın və içindəki yazı və rəsmlərin görüntülərini yaratmağa davam edir.

Bu, bizə Allah`ın Xaliq sifətini və yaratmadakı gücünü göstərir. Allah hal-hazırda yer üzündəki milyardlarla insanı milyardlarla fərqli görüntüyə tamaşa etdirir və bu görüntülərin hər biri böyük ahənglə, fasilə olmadan və ən incə təfərrüatına qədər yaradılır. Heç bir insanın görüntüsündə ən kiçik detal belə əksik olmadan ona göstərilir. Bu həqiqəti düşünmək insanlara Allah`ın sonsuz gücünü, aləmlərin tək hakimi olduğunu göstərəcəkdir.

İmam Rəbbani maddənin xəyal mərtəbəsində yaradıldığını izah edərkən Allah`ın adlarını hiss və xəyal mərtəbəsində təzahür etdirdiyini belə açıqlamışdır:

... Sübhan Haqq kəmali-qüdrəti ilə adəm (yoxluq) aləmində adlardan hər bir ad üçün əşyalardan bir əşya təyin etdi. Və onu hiss və xəyal mərtəbəsində yaratdı. Həm də istədiyi vaxtda və istədiyi şəkildə... Aləmin sübutu (sabitliyi) hiss və xəyal mərtəbəsində olub xarici mərtəbədə deyil... Xaricdə (kənarda) belə uca Vacib Zatın (Allah`ın) zat və sifətlərindən başqası da sabit və mövcud deyil... 48

Bu həqiqəti anlayan insan uğurlarını, zənginliyi, əşyalarını özünün sayəsində olduğunu düşünməz və bunlara sahib çıxıb lovğalıq etməz. Çünki hər an, hər yerdə Allah`ın isminin təzahürünü, Allah`ın ona hiss etdirdiyi görüntünü çox yaxşı bilir. Allah`a nə qədər möhtac və aciz olduğunu əsla unutmaz. Allah`ın aşağıdakı ayəsində də bildirdiyi həqiqətə “haqqül-yakin” (qəti həqiqət olaraq) iman gətirər:

Ey insanlar! Siz Allah`a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir! (Fatir surəsi, 15)

Etiraz:

Bu, keçmişdə idealistlərin irəli sürdüyü köhnə fəlsəfədir.

Cavab:

Bəzi kütlələr maddənin həqiqətinin izah edilməsindən çox narahat olduqları üçün maddənin beynimizdə əmələ gələn surəti ilə təmasda olduğumuz həqiqətini keçmişdə irəli sürülmüş fəlsəfələrdən biri kimi göstərməyə çalışırlar. Əslində isə, elmi irəliləyişlər bu mövzunun fəlsəfə deyil, elmi həqiqət olduğunu göstərir. Ona görə də sözügedən şəxslərin cəhdi boş yerədir.

Bir fikrin daha əvvəlki dövrlərdə də başqa mütəfəkkirlər tərəfindən müdafiə edilməsi həmin fikri nə əsassız edir, nə də dəyərdən salır. Maddənin xəyalı ilə təmasda olduğumuz həqiqəti keçmişdə də, dövrümüzdə də bəzi insanlar tərəfindən başa düşülmüş və ifadə edilmişdir.

Bundan başqa, keçmişdə yaşamış idealistlərin fikirləri onlara qarşı çıxmış materialistlər tərəfindən əsassız edilməmişdir ki, keçmişdə bu mövzudan bəhs olunduğunu deyənlərin haqlı tərəfi olsun.