Həyatı boyu ruhuna göstərilən görüntülərə baxdığının fərqinə varan insanlar həm ruhlarını, həm də fasiləsiz davam edən bu görüntüləri yaradanın qəti surətdə Allah olduğuna inanacaqlar.
Bəzi insanların maddənin sirrini qəbul etməməkdə israr etməsinin bir səbəbi də Allah`ın böyüklüyünü və əzəmətini qavrayıb öz heçliklərini qəbul etmək istəməməkləridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, ortada mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allah`ındır və Onun təzahürləridir. Tək mütləq varlıq Allah`dır və Allah`ın yaratdığı digər varlıqlar mütləq deyil, görüntüdür. Allah`ın yaratdığı görüntülərə baxan “mən”lər, yəni insanlar hər biri Allah`dan olan ruhdur.
Bu elm və bu böyük sirr başa düşüldüyü təqdirdə insanların şüurları da qəti surətdə aydınlanar, üzərilərindəki mənəvi pərdə ortadan qalxar. Dərk edən hər kəs Allah`a könüldən təslim olar, Allah`ı çox sevər və Ondan çox qorxar. Bununla yanaşı, insanlardakı paxıllıq, lovğalıq hisslərinin yerini təvazökarlıq və utancaqlıq alar. Allah`ın insanlardan istədiyi də budur. Bu təəccüblə həqiqəti anlayanlar yeni dünyagörüşü qazanar, yeni həyata başlayarlar. Beləliklə, Allah`ın qüdrətini lazım olduğu kimi təqdir edər və “Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! (Zumər surəsi, 67)” ayəsində bəhs edilən şəxslərdən olmaqdan uzaqlaşarlar.