Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allah`ın onlara göstərdiyi görüntülərlə sıx təmasda olduqlarını bilən insanların bütün həyatları, həyata baxışları və mühakimə meyarları da dəyişər. Bu, həm şəxsi, həm də ictimai mənada faydalı dəyişiklik olar. Çünki bu həqiqəti görən insan Allah`ın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayar.
Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar mənəviyyata əhəmiyyət verərlər. Allah`ın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii ki, gözəl əxlaqlı olar, Allah`ın əmr və qadağalarına əməl edər. Beləliklə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmətlə yanaşar, yaxşı və gözəl davranmaqda hər kəs bir-biri ilə yarışar. İnsanlar arasındakı mühakimə meyarları dəyişər, maddə dəyərini itirər və beləliklə, insanlar arasında üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaq və təqvaya görə olar. Heç kim xəyalın arxasınca qaçmaz, hər kəs həqiqətin arxasınca gedər. İnsanlar “kim nə fikirləşər?” təfəkkürü ilə deyil, “Allah nə etsəm, məndən razı qalar?” düşüncəsi ilə hərəkət edərlər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazö və acizliyini çox yaxşı anlama hissi alar. Ona görə, insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayarlar. Sadalanan bu dəyişikliklər isə dövrümüzdəki cəmiyyətlərin bir çox problemini, təbii ki, aradan qaldırar.
Kiçik mənfəətlər üçün belə əsəbiləşən, hirslənən, təcavüzkar olan insanların yerini hər gördüyünün xəyalı ilə təmasda olduğunu bilən, buna görə əsəb, hirs, bağırmaq kimi münasibətlərin onu alçaldacağını bilən insanlar alar. Beləliklə, insanlar və cəmiyyətlərə rahatlıq və etibar hakim olar, hər kəs həyatından və sahib olduqlarından razı qalar. Odur ki, insanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşarlar. Bu gözəlliklərə qovuşmaq istəyən şəxslər bu böyük həqiqəti yaxşı düşünməli və anlamağa çalışmalıdırlar. Allah bir ayəsində belə bildirir:
Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir... (Ənam surəsi, 104)