logo

Sıxıntı və çətinliklər də yuxuda görülən xəyallar kimidir

Bəzi insanlar sadəcə müəyyən şeylərin beyinlərində meydana gələn görüntülər olduğunu düşünərək bəzi hadisələrdə bu həqiqəti unudurlar. Əslində isə, baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının hər anında beynindəki xəyali görüntüləri yaşayır. Məsələn, iflasa uğrayan iş adamı beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan görüntüləri ilə təmasda olur. Ticarətini etdiyi əşyanın, bu əşyanın əvəzində aldığı pulun hamısı zehnində meydana gələn hisslərdir. Bu insan bütün pulunu itirdikdə, əslində, pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə edilən insan beynində əmələ gələn əşya və iş yeri görüntülərini itirir. Avtomobili oğurlanan insan da yenə zehnində tamaşa etdiyi avtomobil xəyalını itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, sahib olduğu görüntünü artıq görə bilmir.

Sadəcə bunlar da deyil, həyatı boyu yaşadığı bütün çətinliklər insanın beynində əmələ gəlir. Məsələn, daxili çaxnaşmanın hakim olduğu ölkədə hər an ölüm təhlükəsi altında yaşayan, düşmən əsgərlərinin hücumları ilə hər an qarşı-qarşıya gələn insan beynində əmələ gələn düşmən əsgərlərinin görüntüsü ilə qarşı-qarşıyadır. Hücum zamanı yaralanan, qolunu itirən insan da beynindəki qol görüntüsünü itirir, bütün ağrı hissi beynində hiss kimi əmələ gəlir. Düşmənlərinin hədə-qorxuları, kinli və təcavüzkar sözləri də beynində əmələ gələn səslərdən ibarətdir.

Beləliklə, çətinliklər, sıxıntılar, qorxu meydana gətirən hadisələr də insanın beynində meydana gələn xəyallardır. Gördüyü görüntülərin həqiqi tərəfini bilən insan içinə düşdüyü çətinliyə görə sıxıntı keçirməz, bunlara görə şikayətlənməz. Ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə beynindəki xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər birinin Allah`ın yaratdığı görüntülər olduğunu və Allah`ın bunları hikmətlə yaratdığını bilər. Nə ilə qarşılaşsa da, Rəbbimizə olan təslimiyyət və etibarın verdiyi rahatlıq içində olar. Belə ki, Allah bir çox ayəsində inananlar üçün qorxu və kədərin olmayacağını bildirmişdir:

Şübhəsiz: "Rəbbimiz Allah`dır!" - deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf surəsi, 13)

Həyatı boyu gördüyü bütün hadisələrin, eşitdiyi bütün səslərin Allah`ın beynində yaratdığı görüntüləri ilə təmasda olduğunu bilən insan qorxmaq, boş yerə sıxılıb kədərlənmək və təşvişə düşmək əvəzinə bu görüntülərin və özünün yaradanı olan, sonsuz dərəcədə mərhəmətli və şəfqətli olan Allah`a təvəkkül edər.