• E-mail mesajınız və çox maraqlı mövzusu üçün təşəkkür edirəm. Suallarınız çox maraqlı gəldi və bunu deməliyəm ki, onları oxumaqla çox şey öyrəndim. Mənə yazdığınız üçün təşəkkür edirəm və suallarınızı bu sahədə fəaliyyətləri olan elm adamı dostlarımla bölüşəcəyəm. Onların cavablarının nə olacağı mənə maraqlıdır. Ən yaxşı arzularımla və mənə yazdığınız üçün təkrar təşəkkür edirəm. Kofi Opoku
• Bütün suallarınız və müşahidələriniz son dərəcə dərindir və məhz hədəfə yönəlmişdir! Bunlar, tarix boyu verilmiş suallardır, ancaq hələ tamamilə cavablandırılmamışdır. Əslində, əgər tədqiqatçılar sizin qədər bu sualların cavablarını axtarmaq üçün çalışsaydılar, nevrologiya və psixologiya, hətta fəlsəfə elmi böyük irəliləyişlər əldə edərdi. 13-cü sualınızda bəzi insanların bu həqiqətin üzə çıxarılmasından qorxduqlarını bildirmişsiniz. Bu fikrinizdə haqlısınız. Dünyanı ən doğru şəkli ilə gördüyünüzdə, onun tərif etdiyiniz halı çox-çox qorxuducudur. Ancaq həqiqət çox qorxuducu olsa da, həmişə öyrənməyə dəyər... Siz bu suallardan göründüyü kimi, çox ağıllı və dərin düşünən insansınız. Bir çox insan nədən bəhs etdiyinizi anlamadıqda əsla təəccüblənməyin, hətta öz sahələrində mütəxəssis olan filosoflar belə bu mövzuları anlamaya bilərlər. Fəaliyyətlərinizdə uğurlar diləyirəm. Prof. S. Lehar
• Əsrlərdir filosofları məşğul edən suallar vermisiniz... Biz super kompyuterin içində xəyali dünyada da yaşaya bilərik və belə bir vəziyyətdə heç vaxt fərqi anlamarıq; eynilə "The Matrix" və "Tron" filmlərində olduğu kimi. Təbiət qanunları da bu proqramın bir hissəsi olduğu təqdirdə həqiqətlə xəyal arasındakı fərqi əsla bilmərik, çünki arada fərq olmaz. Bir çox insan bunları düşünməkdən qorxur, çünki onlara rahat gələn dünyagörüşlərini təhlükə qarşısında qoyduğunu düşünürlər. Con Roland (Vanqard Tədqiqat İnstitutunun qurucusu və rəhbəri)