logo

Maddənin sirrini öyrənənlər böyük həyəcan yaşayır

Aşağıdakı məktublar daha əvvəl başqa kitablarda nəşr edilmiş "Maddənin ardındakı sirr" mövzusunu oxuyan şəxslərdən gəlmişdir. Sözügedən məktublardan sadəcə bu həqiqəti öyrəndikdən sonrakı düşüncələri ilə bağlı bölmələr seçilmişdir.

• Maddənin xəyal olması o qədər böyük bir hadisədir ki, bunu tərif etmək hər halda o qədər mümkün deyil. Məsələn: bir insan ölüb dirilərsə, necə həyəcan hiss edər, təxmin edə bilərsiniz? Bir insan heç səbəbsiz havada uçarsa, divardan keçərsə, eyni anda bir neçə yerdə olarsa, tərifi mümkün olmayan şəkildə həyacanlanar. Lakin bu mövzu bu qeyri-adi hallarla müqayisə edilə bilməz. Fövqəladə olduğunu desək, yenə bu vəziyyəti tərif etmək olmur. Yəni çox qəribə, qeyri-adi dərəcədə həyəcan verici olduğunu desək, yenə də bu vəziyyəti izah etmək olmaz. Bu, Allah`ın dərin, ucsuz-bucaqsız sənətinin möhtəşəm təzahürüdür. Amma mənim başa düşmədiyim budur ki, bu qədər açıq bir məsələ insanlardan necə bu qədər müddət gizlədilib? Çünki mən bir dəfə oxudum və dərhal anladım. Çünki hər şey çox açıq şəkildə ortadadır... K.H.G./Frankfurt

• İnsanın ağlını, zəkasını şok edən bu böyük həqiqəti bütün bəşəriyyətə dərhal izah etməliyik. Nəyi gözləyirik? Bu, açıq-aydın həqiqət deyilmi? Bunu dünyaya hamımız hər cür imkandan istifadə edərək dərhal çatdıraq. Bəşəriyyət bu həqiqətlə Allah`a daha çox yaxınlaşacaqdır. Məncə, bu böyük mövzu dünyadakı hər şeyi dərindən sarsıdacaq böyük həqiqətdir. Deyəcək başqa söz tapa bilmirəm. Sevgilərimlə uca Allah`a əmanət olun deyirəm. F.E./Ankara

• "Təkamül yalanı" kitabının arxasındakı "Maddənin ardındakı sirr" bölməsini oxudum. Mən bir şey anlamadım. Ancaq çox qəribə bir şeydir. Hal-hazırda danışdığım da yenə mənim içimdə, mən də mənim içimdə. Bu, nədir? Bu, nə möhtəşəm sirdir? Görəsən, insanlar bunu nə vaxt anlayacaq? Başa düşülməyəcək bir şey deyil, son dərəcə açıq bir həqiqətdir. Amma biz nə üçün indiyə qədər bilmirdik? Bu mövzu bütün insanlar tərəfindən başa düşülərsə, elmdə saysız-hesabsız inqilablar olacağını düşünürəm. Mən də bu vəziyyətə nə ad verəcəyimi bilmirəm. Təəccübləndim, heyrətləndim. Uca Allah`a çoxlu şükür etdim. Hər şeyi indi daha yaxşı anlayıram. Ancaq başqalarına izah etməkdə çətinlik çəkirəm. Bəzən insanlar bunu anlamırlar. "Budur, mən qarşında dayanmışam", -deyirlər. Halbuki, bunu söylədikdə mən onun beynində bir görüntüyəm. O, məni xarici aləmdə zənn edir. İndi sadəcə dərin heyrətimi necə daha yaxşı izah edə biləciyimi düşünürəm. Bu mövzuda yeni kitablarınızı gözləyirəm. Xüsusilə gündəlik həyatdan nümunələr olarsa, bunları başqalarına daha rahat izah edə bilərik. S.K./Muğla

• Hörmətli Harun Yəhya bəy, bəzi kitablarınızda işlədiyiniz "Maddənin ardındakı sirr" mövzusunu dəfələrlə oxudum. Qəti qənaətim budur ki, maddə həqiqətən xəyaldır. Ancaq bu, çox möhtəşəmdir, həyatın yuxu kimi olması mənə həddindən artıq təsir etdi. Ancaq maddənin əsli ilə təmasda oluruq kimi görünməsi və mənə aid insanda oyandırdığı hisslər o qədər inandırıcıdır ki, daha çox həqiqi imiş kimi yaşayıram. Lakin bu mövzunu bir an düşündükdə maddənin xəyal olduğunu dərhal açıq şəkildə hiss edirəm. Həqiqətən, çox inandırıcıdır. Vəziyyətimə gülürəm. Bəzən bir şeyə əsəbiləşirəm, səsimi yüksəldirəm. Sonra beynimdəki görüntüyə qışqırdığımı xatırladıqda pərt oluram. İnsanın nə qədər heyrətamiz bir yaradılışı var. Xəyal olan şeyi maddi zənn etməyimiz o qədər güclüdür ki, bilməyən bir insanın bunun əksini düşünməsi mümkün deyil. Bəzən Bosfor mənzərəsinə baxıram. "Qarşı sahilə keçmək nə qədər vaxtımı alar?" -deyə düşünürəm. Çox uzaq yerlərə baxıram. Sonra düşünürəm. Ən uzaq hesab etdiyim yer də mənim içimdə, beynimin içində, yəni görüntü beynimin içindədir. İnsan qeyri-adi bir varlıqdır. Allah insanı o qədər möhtəşəm bir elmlə yaratmışdır ki, necə tərif edim, nə deyim, hansı yolla bunu izah edə bilərəm, tam bilmirəm. Ancaq bunu deyə bilərəm. Bizi bu böyük elmdən xəbərdar etdiyiniz üçün Allah sizdən və fəaliyyətlərinizdən razı olsun, inşaAllah. E.M./İstanbul

• "Təkamül yalanı" kitabının arxa hissəsindəki maddənin ardındakı sirlə bağlı izahınızı maraq və həyəcanla oxudum. Əvvəlcə, nəzəri cəhətdən anladım, amma praktik cəhətdən o qədər də anlaya bilmədim. Sonra bir ara düşündükdə nəyə işarə edildiyini anidən anladım. Şok dərəcəsində həyəcanlandım. "Aman Allah`ım, bu, ağlasığmaz şeydir", -dedim. Bu, heç ağlıma da gəlməyən haldır. Həyatın yuxu kimi olduğunu deyirdilər. Mən onu bir bənzətmə kimi anlayırdım. Amma onu söyləyənlər də həqiqi mənada demirlər, bənzətmə kimi deyirlər. Bunun həqiqi olduğunu bilsələr, kim bilir, nə edərlər. Qeyri-adi vəziyyətdir. Ancaq kitabı oxuyan hər kəs çox sakitdir. "Görəsən, tam şəkildə anlamadılar?" -deyə fikirləşirəm. Belə bir vəziyyət qarşısında necə sakit olmaq olar? Mən ölümü, yenidən yaradılışı, cənnət həyatını, hər şeyi indi daha yaxşı anladım. Allah Quranda "Sizi yenidən yaratmaq Bizim üçün çox asandır", -deyir. İndi beynimdə hər şey aydınlaşdı. Bu mövzunu izah etdiyim insanlar bu mövzunu bir az çətin anlayırlar. Daha praktiki və asan necə izah edə bilərəm? Bir də bu mövzunu izah etdiyim bəzi insanlar həddindən artıq həyəcanlandı. Görəsən, mən birbaşa izah etməkdə səhv edirəm? Daha əvvəl Allah sevgisi, Allah`ın Rəhman və Rəhim olduğunu, insanların daha çox yaxşılıq etmələrini, daha yaxşı yaşamalarını istədiyini izah etsəm, daha yaxşı olarmı? Sizin fikriniz nədir? Ş.U./Edirne

• Orta məktəbdən etibarən bütün duyğuların beyində əmələ gəldiyi bizlərə hər zaman izah edilmişdi. Çox yaxşı bildiyim həqiqət idi. Biologiya imtahanlarında neçə dəfə hərtərəfli izah edilmişdi. Ancaq bu cür hadisənin həqiqi tərəfini görə bilməmişdim. Görüntünün beyində əmələ gəldiyini deyirdim. Amma maddə kənarda, məndən uzaqda durur. O, oradadır, mən də görürəm. Hətta görüntünün gözümün olduğu yerdə əmələ gəldiyi, bir də beynimdə əmələ gəldiyi, bundan başqa, "maddənin varlığı açıqdır, budur, qarşımda durur" kimi qarmaqarışıq məntiqim vardı. Əslində, elə çox da düşünməmişdim. Sanki nazik bir pərdənin üstündəydim, amma görən sanki boşluqdur, ruhun nə olduğu başa düşüləcək bir şey deyil. Amma hər şeyi qavrayan bir gücdür, həcmi, çəkisi, qatılığı olmayan, heçlik olan, amma beş duyğunu qavrayan şüurdur. Bu mövzuda daha ətraflı kitab yazmağı düşünürsünüz? Bir də kitablarınız bizim bölgəmizdə satılmır, bunu nəşriyyat evinə bildirməyim kifayətdir? Sevgilərimi göndərir, uğurlar diləyirəm. Y.C./ Kayseri

• ... Mən bu mövzunu bəzi dostlarıma izah etdim. Universitet məzunu olan çox savadlı uşaqlardır, ancaq bəzi dostlarım heç cür bu mövzunu qavraya bilmirlər. "Necə olur, budur, sən qarşımdasan, beynimdə görüntün əmələ gələ bilər. Amma sən burdasan", -deyə əlimi çiynimə toxundurur. Bu danışıq və hərəkətinin onun beynində əmələ gəldiyini bildirirəm. Hətta: "Beyninə gedən sinir kəsilsə, məni görə bilməzsən, toxunma hissin də itər", -deyirəm. Yenə anlamır. Bu anlamama mənə müəyyənedici metafizik bir həqiqətin üzə çıxması kimi gəlir. Çünki heç cür bu həqiqəti qavraya bilmir. Bu mövzunu orta məktəbdə sonuncu sinifdə oxuyan qardaşımın oğluna izah etdim, dərhal anladı. "Bunu başa düşməyən insanlar xüsusi şəkildə qavramalarına maneə qoyulmuş insanlar ola bilərmi?"- deyirəm. Yəni: "Şüura sahib deyillər, görəsən?" -deyə fikirləşirəm. Belə bir şey mümkündür? Quranda gözü, qulağı qapalı insanlardan bəhs edilir. Bəzi insanlarda görmə, eşitmə şüuru olmaya bilərmi? Bu mövzuları məktubunuzda və ya kitabınızın yeni nəşrində bildirə bilərsiniz? İndidən təşəkkür edirəm. Hörmətlə: E.A./ İstanbul

• Hörmətli Harun Yəhya, mən fəlsəfə ilə çox maraqlanıram. Buna görə, maddənin ardındakı sirr mövzusunu böyük maraqla oxudum. Maddənin xəyal olması dünya tarixində bir çox dəfə açıqlanmışdır. Ancaq insanları maddənin əslini gördüklərinə dair inandırıcı hisslərin aydınlığı qarşısında bir az çox düşünməyə vaxt ayırmadıqlarına görə, yəqin ki, bu açıq-aydın həqiqəti anlaya bilməmişlər. Ancaq dövrümüzdə bu asan həqiqəti çox asan anlaya biləcəkləri imkanlara qovuşmuşlar. Gözün ümumi quruluşu, görüntünü beyinə ötürən sinirlər, beyindəki görmə mərkəzi və buna bənzər elmi xüsusiyyətlərin mikro səviyyədə tədqiq edilməsi və açıqlanması bu mövzunun açıqlanmasını asanlaşdırmışdır. Bundan başqa, izafi fizikanın inkişaf etməsi, üç ölçülü filmlər, televiziya, radio və s. texniki imkanlar da bu mövzunu aydınlaşdırma asanlığı verir. Mənim qənaətimə görə, bu əsrdə bu mövzu bütün elm dünyasına hakim olacaq. Sizin də bildiyiniz kimi, kvant fizikası artıq səs-küylə bu həqiqəti xəbər verir. Təbii ki, bəzi insanlar bu böyük həqiqət qarşısında uşaq kimi qorxmasalar və dünyaya olan sevgilərinin məcburən yox olmasını qəbul etsələr, bunun daha asan olacağını ümid edirəm. Lakin belə açıq həqiqətdən qaçmağın, başını quma soxmağın, özünü bilməməzliyə qoymağın insanın şəxsiyyətinə yaraşan davranış olmadığını düşünürəm. Yazmaq istədiyim çox şey var, ancaq vaxtınızı almaq istəmirəm. Sağlam, gözəl günlər diləyirəm. Sağ olun. T.E. /Richmond

• Maddənin beynimizdəki halı ilə, yəni elektrik siqnallarının şərh edilməsi ilə meydana gələn surətləri ilə təmasda olduğumuzu televiziya, radio və qəzetlər insanlara nə üçün açıqlamır? Bu, qəti həqiqətdir, bir tv proqramında və ya böyük tolk-şou proqramlarından birində bu mövzu Türkiyənin qabaqcıl elm adamları tərəfindən dəyərləndirilməlidir. Əksini iddia edən şəxs çıxarsa, çox maraqlıdır, görəsən, nə deyər? Bu mövzunu heç anlaya bilməyən bir neçə insanın izahını eşitmiş və təəccüblənmişdim. O yaşda insanlar bu qədər açıq-aydın mövzunu necə qavramırlar? Yenə belə vəziyyət meydana gələ bilər. Ancaq bunu millət dəyərləndirər. Həm ibrət alar, həm də bu mövzunu qavramayanların məntiqini də, daha doğrusu, məntiqsizliyini də öyrənər. Mənim qənaətim budur ki, bu mövzu İslam dinində çox vacibdir. Əhəmiyyətinin qarşıdakı günlərdə daha çox başa düşüləcəyinə ümid edirəm... K.İ. / Samsun

• Maddəni tərif etməyiniz mənə çox təsir etdi. Bu mövzu insan ağlının hüdudlarını aşır. Tam başa düşüləcək bir şey deyil. Elə qəribədir ki, məsələn, bu yazdığım bir görüntüdür. Görüntü görüntü ilə görüşür və danışır. Əslində, çox təəccüblü vəziyyətdir. Məncə, bu mövzunu oxuyan hər kəs bu möhtəşəm həqiqəti anlayır... W.B.F./ İngiltərə

• Kitabınızın arxasındakı maddənin sirri ilə bağlı bölməni oxuduqdan bəri həyata baxışım dəyişdi. Məsələn, ötən gün birisinə əsəbiləşib qışqıracaqdım, sonra ağlıma gəldi ki, hər şeyi beynimin içində görürəm. Dərhal sakitləşdim, əsəbiliyim də keçdi. Bu mənə türk filminə tamaşa edən yaşlı bir qadının mənfi roldakı aktyora əsəbiləşməsi kimi gəlir. Məndə belə dərin dəyişiklik əmələ gətirən həqiqətləri, məncə, daha geniş kütlələrə izah etməli və bunun üçün ayrıca kitab nəşr etməlisiniz. Əgər belə bir kitab yazsanız, zəhmət olmasa, mənə də xəbər verərsiniz. M.V./ Aydın

• "Maddənin ardındakı sirr" yazınızı oxudum. Hər şey, həqiqətən, beynimin içində əmələ gəlir? Elə isə beynim də bir görüntü deyil? Əslində, anlamadığım budur, bu məktəbdə, televizorda, hər yerdə insanlara izah edilməlidir. Mən bu mövzu ilə bağlı daha çox şey öyrənmək istəyirəm. Bunun üçün nə edə bilərəm? Mənə kömək etsəniz, çox sevinərəm. K.B./ Antalya

• Mən göz həkimiyəm. Ötən gün bir xəstəm necə gördüyümüz ilə bağlı suallar verdi. Əvvəlcə, sualları texniki xarakter daşıyırdı, ancaq daha sonra, həqiqətən, məni düşündürən suallar verdi: beynimizin içində əmələ gələn görüntünü görən kimdir? Açığını deyim ki, çox təsirləndim. Mən Allah`a və ruhun varlığına inanan bir insanam, ancaq ruhun varlığını bu qədər elmi və açıq bir yolla açıqlamaq mənim ixtisasım olduğuna baxmayaraq ağlıma gəlməmişdi. İnternet səhifənizdən bu mövzu haqqındakı yazınızı oxudum. Bu barədə məsləhət gördüyünüz başqa mənbələr və ya sizin başqa əsəriniz var? Xarici mənbə də ola bilər. Həqiqətən, öyrənməyə, araşdırmağa və düşünməyə dəyən çox vacib mövzu olduğunu düşünürəm. İzah edilənlər insanın düşüncə tərzini təkcə genişləndirmir, həm də həyatındakı bir çox şey barədə sorğu-sual etməsinə səbəb olur. Həqiqətən, vacibdir. F.N.G./Eskişehir

• Dünən "MADDƏNİN ARDINDAKI SİRR" filminə baxdım. Öz ağlımla anlamağa çalışdım və ya anladığımı zənn etdim. Cavab axtardığım bəzi suallar var. Xahiş edirəm, mənə kömək edin. M.H./İzmir

• "Maddənin ardındakı sirr" adlı yazını oxuduqda hər şeyin mənim üçün hazırlanmış ssenari olduğunu düşündüm. Mövzunun aydın olması üçün özümü "Truman show" və ya "Matrix" adlı filmdəki kimi hiss etdim. Mənə mənim üçün hazırlanmış bir maşının içində yaşayıram kimi gəldi. Mövzunu bu şəkildə inanaraq düşündükdə özümdə fərqli hallar hiss etdim. Bu mövzunu indiyə qədər heç kimin izah etmədiyi qədər dərindən izah etmisiniz. E.H./Toronto

• ... "Maddənin ardındakı sirr" adlı video kasetinizin bir hissəsinə baxdım. Mövzu olduqca gözəl şəkildə açıqlanıb. Lakin bu həqiqəti izah edərkən düşünürəm ki, daha çox misallara ehtiyacımız olacaq. Sənədli filmdə verilən nümunələr kifayətdir, ancaq xüsusilə gündəlik həyatdan bir az da nümunələr yeni nüsxələrdə yer alarsa, öz tərəfimizdən bu həqiqətin başa düşülməsinin və izah edilməsinin daha asan olacağını düşünürəm. Çünki bu mövzunu insanlar lazım olduğu kimi şərh edə bilmirlər və səhv fikirlər irəli sürürlər. Bunun qarşısını almaq üçün mövcud nümunələrə daha bəsit nümunələrin əlavə edilməsi, mənim fikrimcə, daha faydalı olar. Ş.G./İstanbul

• Maddi dünyaya və həyata baxışımı kökündən dəyişdirdi. Həyat, ətrafım və insanlar artıq mənim üçün heç də əvvəlki kimi deyil. Həqiqətləri öyrəndikcə bəzi şeylərdən soyumağa başladım, bir az da özüm düşünməyə başladım. Bilmirəm, bu, doğrudurmu? Amma bir tərəfdən də özümü daha rahat, təhlükəsiz və xoşbəxt hiss edirəm. İnsanların etdikləri, sözləri mənə çox bəsit gəlir. Bu yaşadıqlarımı anlaya biləcək və dinləyə biləcək insanlar axtarıram. Sizlərdən mənə hər zamankı kimi bu çox vacib mövzuda da kömək etməyinizi istəyirəm. Çünki boş yerə yaşamaq, boş yerə hadisələrə kədərlənmək istəmirəm. K.U./Tekirdağ