Bu mövzu insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bizim gün ərzində yaşadığımız və hətta axşam olduqda belə unutduğumuz hər bir danışıq, davranış və baxışımız, həmçinin fikrimizdən keçirdyimiz hər düşüncə Allah qatında unudulmur və eynilə mühafizə edilir. Məsələn, dostu ilə söhbət edərkən dedi-qodu edən insan buna əhəmiyyət vermir, hətta unudur. Ancaq onun dedi-qodu etdiyi an Allah qatında sonsuza qədər qalır. İçindən müsəlmanlar əleyhinə fikir keçən insanın o düşüncəsi onu düşündüyü andakı üzünün ifadəsi, içindən keçirdiyi cümlələr, Allah qatında sonsuza qədər durur. Özü ac olmasına baxmayaraq, fədakarlıq edərək dostunu doyuran insanın fədakarlığı, o andakı vəziyyəti, baxışı, düşüncələri də Allah qatında itmədən sonsuzluğa qədər qalacaqdır. Qarşısına çıxan çətinliyə Allah rizası üçün səbir edən, ona sıxıntı verən insana gözəl söz deyən insanın gözəl əxlaqlı davranışı da heç vaxt itmədən sonsuza qədər mühafizə edilir. Allah axirət günündə hər kəsi etdiyi bu yaxşı və pis davranışlara görə sorğu-sual edəcək. İnsanların etdikləri halda unutduqları şeylər heç unudulmadan və ya dəyişikliyə uğramadan qarşılarına çıxacaqdır. Hətta bəzi şəxslər sorğu-sual zamanı ona verilən kitabın nə qədər hərtərəfli olduğuna təəccüb edəcək və belə deyəcəklər:
Əməl dəftəri qarşılarına qoyulmuşdur. Günahkarların orada olanlardan qorxduqlarını görürsən. Onlar belə deyirlər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin hazır durduğunu görmüşlər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)
Buna görə, bu həqiqətin fərqində olan hər bir insan hər davranışının və düşüncəsinin sonsuzluqda saxlandığını, sonsuzluğa qədər Allah`ın hafizəsində mövcud olmağa davam edəcəyini heç unutmamalı və axirətdəki sorğu-sualdan qorxub çəkinməlidir.