Burada bir sual da verilməlidir: ruhumuz beynimizdə əmələ gələn görüntülərə tamaşa edir. Bəs bu görüntüləri əmələ gətirən kimdir? Qaranlıq beynimizin içində işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri əmələ gətirən, elektrik siqnallarından kiçik bir yerdə böyük dünyanı meydana gətirən beyin ola bilərmi? Beyin nəm, yumşaq, qırışıq ət parçasıdır. Belə bir ət parçası ən qabaqcıl texnologiya ilə istehsal edilmiş televizorlardan daha aydın, heç bir pozulma və ya tutqunluq olmadan, rəngləri son dərəcə canlı olan aydın görüntü əmələ gətirə bilərmi? Beyin kimi təqribən 1.5 kq ağırlığındakı ət parçasının bu qədər qüsursuz hisslər əmələ gətirə bilməsi, əlbəttə, mümkün deyil.
Burada bir həqiqətlə də qarşılaşırıq. Ətrafımızda gördüyümüz hər şeylə birlikdə sahib olduğumuz bədənimiz, əlimiz, qolumuz, üzümüz kölgə varlıq olduğuna görə, beynimiz də kölgə varlıqdır. Elə isə görüntü olan varlığın görüntü meydana gətirdiyini deyə bilmərik.
Bertrant Rassel "Nisbiliyin əlifbası" adlı əsərində: "Şübhə yoxdur ki, maddə ümumi şəkildə formalaşma qrupu kimi şərh ediləcəksə, bunu gözə, optik sinirə və beyinə də aid etmək lazımdır26" - deyərək bu həqiqətə diqqət çəkir.
Bu həqiqəti dərk edən tanınmış filosof Berqson isə "Maddə və hafizə" adlı kitabında: "Dünya görüntülərdən ibarətdir, bu görüntülər ancaq bizim şüurumuzda var; beyinin özü də bu görüntülərdən biridir27" - deyir. Onda ruhumuza bu görüntüləri göstərən, ona həqiqisi ilə eyni dərəcədə aydın görüntü və hisslərlə həyat yaşadan, üstəlik, bu görüntüləri fasiləsiz davam etdirən kimdir?
Ruhumuza bütün görüntüləri göstərən, bütün səsləri eşitdirən, ruhumuzun zövq alması üçün bütün dadları və qoxuları yaradan, bütün aləmlərin Rəbbi, hər şeyin yaradıcısı olan Allah`dır.