logo

Xarici aləmdə maddə var, ancaq biz maddənin əsli ilə təmasda ola bilmərik!

Maddənin xəyal olduğunu demək, maddənin yox olduğu demək deyil. Əksinə, biz görsək də, görməsək də, maddi dünya mövcuddur. Ancaq biz bu dünyanı beynimizin içində bir surət, başqa bir sözlə, hisslərimizin ifadəsi kimi görürük. Ona görə, maddə bizim üçün xəyaldır.

Xarici aləmdəki maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allah`ın mələkləri, katib kimi təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər.

Xatırla ki, sağında və solunda təsbit edən iki mələk oturmuşdur! Dediyi hər sözü onun yanında hazır durub gözləyən vardır! (Qaf surəsi, 17-18)

Hər şeydən önəmlisi budur ki, Allah hər şeyi görür. Bu dünyanı hər cür incəlikləri ilə Allah yaratmışdır və Allah hər şeyi görür. Quran ayələrində belə xəbər verilir:

... Allah`dan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiyinizi görəndir! (Bəqərə surəsi, 233)

De: "Mənimlə sizin aranızda təkcə Allah`ın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!" (İsra surəsi, 96)


Bundan əlavə, unutmaq olmaz ki, Allah bütün hadisələri "Lövhi-məhfuz"adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-məhfuzda var. Hər şeyin Allah qatında Lövhi-məhfuz adlandırılan əsas kitabda qorunduğu belə bildirilir:

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda mövcuddur. O, çox ucadır, çox hikmətlidir. (Zuxruf surəsi, 4)

... Dərgahımızda hifz edən bir kitab vardır! (Qaf surəsi, 4)

Göylərdə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın! (Nəml surəsi, 75)