Üçölçülü görmə
... Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)
Gözümüzün ikiölçülü gördüyü cisimləri beynimiz üçölçülü qavrayır. Bu qavrayışın necə olduğunu araşdırmaq üçün aparılan elmi fəaliyyətlər beyinin mükəmməl dizayna malik olduğunu üzə çıxarmışdır. Bu mükəmməlliyi anlamaq üçün görmə prosesini daha ətraflı təhlil edək.
İki gözümüzlə bir cismi iki fərqli görmə bucağından görürük. Gözlər arasındakı məsafə 5 sm-dən bir az artıq olduğuna görə, iki tor qişada əmələ gələn görüntülər bir-birindən fərqlidir. Bir cismin iki fərqli görmə bucağından əldə edilən görüntülər beyinin görmə mərkəzində birləşdirilir. Üçüncü ölçü hissi də beyində əmələ gəlir və beləliklə, insan bir cismin görüntüsünü üçölçülü görür. Üçüncü ölçü gözlərdə deyil, beyində əmələ gəlir. Üçüncü ölçü bir hissdir və bütün qavrama prosesləri beyində meydana gəlir. Bu yolla dərinlik və cisimlər arasındakı məsafə qavranılır.